Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Şimali Koreya hakerlərin əli ilə 3 milyard dollar oğurlayıb”

Orkhan Ali 08 Fevral 2024 - 11:08 (Last updated: 21 May 2025 - 20:15)
7s-1

Şimali Koreyadan olan hakerlər son bir neçə ildə kiberhücumlardan 3 milyard dollar əldə ediblər.

Azpost.info xəbər verir ki, “Reuters” bu barədə BMT-nin dərc olunmamış hesabatına istinadən yazıb.

Məlumata görə, əldə edilən vəsait Pxenyanın nüvə proqramını inkişaf etdirmək üçün istifadə olunub.

Müşahidəçilərin fikrincə, 2017-2023-cü illər arasında Şimali Koreyanın haker qrupları kriptovalyuta ilə bağlı şirkətlərə ən azı 58 kiberhücum həyata keçirib.

“Onlar bunu hələ də davam etdirirlər, həmçinin xarici müdafiə şirkətlərinə və kritik malların tədarük zəncirlərinə qarşı təxribatçı fəaliyyətlə məşğul olurlar”, – sənəddə qeyd olunur.

Diplomatlardan biri “Reuters”ə bildirib ki, hesabat rəsmi olaraq fevralın sonu və ya martın əvvəlində dərc edilməlidir. Şimali Koreya hesabatla bağlı şərh tələblərinə cavab verməyib. Pxenyan bundan əvvəl hakerlik və ya digər kiberhücumlarla bağlı ittihamları rədd edib.

“Chainalysis” analitikləri “The Wall Street Journal”a bildiriblər ki, onlar Şimali Koreyadan olan hakerlərin kriptohücumlarla beş il ərzində 3 milyard dollardan çox pul oğurladığını ehtimal edirlər. Hakerlərin qurbanlarından biri də müştərilərindən 600 milyon dollar oğurlanmış “Sky Mavis” oyun studiyasıdır.

Azpost.info

Post navigation

Previous: Rusiya Avropaya bağlamaların quru yolu ilə çatdırılmasını dayandırıb
Next: Əli Əsədov Qazaxıstanın yeni Baş nazirini təbrik edib

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.