Şimali Koreya qoşunlarının elit bölməsi Kursk bölgəsinə gəlib.
Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” ABŞ kəşfiyyatına istinadən yazır.
Nəşrin yazdığına görə, Şimali Koreya hərbçiləri hələ döyüşə girməyib və onların hansı rolu oynayacaqları bəlli deyil.
Oxşar bəyanatla KXDR ordusunun Rusiyada olduğunu təsdiqləyən Pentaqonun rəhbəri Lloyd Ostin çıxış edib.
Ostinin sözlərinə görə, Şimali Koreya hərbçiləri İl-76 təyyarələri ilə Vladivostokdan Rusiyanın qərbindəki hərbi aerodroma, daha sonra isə döyüş bölgəsinə uçub. Pentaqonun rəhbəri bunu çox ciddi eskalasiya adlandırıb.
“New York Times”ın məlumatına görə, oktyabrın 23-də ilk Şimali Koreya qoşunları Kursk bölgəsinə demək olar ki, 6400 kilometr məsafə qət edib, oktyabrın 28-də isə daha beş min əsgərin gəlməsi gözlənilir.
Azpost.info