Şimali Koreya Rusiyaya artilleriya mərmiləri ötürməyə başlayıb

Şimali Koreya Rusiyaya artilleriya mərmiləri ötürməyə başlayıb.

Azpost.info xəbər verir ki, bunun uzunmüddətli strategiyanın, yoxsa birdəfəlik tədarükün bir hissəsi olduğu və müqabilində Şimali Koreyanın nə alacağı hələlik bəlli deyil.

Ağ Ev hesab edir ki, bu tədarüklər sentyabrın ortalarında Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında keçirilən görüşün nəticəsidir.

Cənubi Koreyanın yüksək rütbəli rəsmisi xəbərdarlıq edib ki, Kim Çen In Rusiyadan nüvə sualtı qayıqları, eləcə də daha təkmil raketlər və peyklər yaratmaq üçün texnologiya almağa cəhd edə bilər. Həmin məmurun fikrincə, Rusiya ilə Şimali Koreya arasında münasibətlərin dərinləşməsi Pxenyanın təkcə Cənubi Koreya və Yaponiyanı deyil, bütün dünyanı təhdid etmək imkanı qazanması ilə nəticələnə bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.