Şimali Koreya Yaponiyaya doğru bir neçə ballistik raket buraxıb

Şimali Koreya Yaponiyaya doğru bir neçə qısa mənzilli ballistik raket atıb.

Azpost.info bildirir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər Şimali Koreyanın qərb sahillərindən səhər saat 7:30-dan təxminən 9 dəqiqəyə buraxılıb.

Ən azı 7 raket təxminən 100 kilometr maksimum hündürlüyə çatıb və təxminən 400 kilometr uçub. Raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda, Koreya yarımadası yaxınlığında Yapon dənizinə düşdüyü güman edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.