“Şimali Koreya yaxın vaxtlarda Rusiyaya ikinci qoşun qrupunu göndərəcək”- “Bloomberg”

Şimali Koreya yaxın vaxtlarda Rusiyaya ikinci qoşun qrupunu göndərəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” Cənubi Koreya kəşfiyyatının sənədlərinə istinadən yazır.

“Hazırda 1500 min elit xüsusi təyinatlıdan ibarət ilk qrup Uzaq Şərqdə təlim keçir. Onlar oktyabrın 8-dən 13-dək Vladivostok limanına gəliblər. Cənubi Koreyanın kəşfiyyat sənədlərində qeyd olunur ki, 10 min Şimali Koreya əsgərinin Rusiyaya gəlməsi gözlənilir”, – agentlik qeyd edir.

Şimali Koreya Rusiyaya əsgərlərdən başqa bir neçə yüksək rütbəli zabit, o cümlədən xüsusi əməliyyatlara komandanlıq edən bir general da göndərib. Bu qoşunlar Şimali Koreyanın Fırtına Korpusu kimi tanınan ən elit qüvvələri arasındadır. Seul bildirir ki, ötən ilin avqustundan bəri Pxenyan Moskvaya 8 milyona yaxın mərmi göndərib. Bundan başqa, döyüş meydanında yüz “Hwasong-11” raketi və “Bulse-4” tank əleyhinə sistemlərdən istifadə qeydə alınıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.