Şimali Koreyanın xarici işlər naziri Çoy Son Hi Rusiyaya səfərə gəlib.
Azpost.info xəbər verir ki, XİN başçısı bu gün Vladivostokda, sabah isə Moskvada olacaq.
Bu barədə TASS-a diplomatik mənbə məlumat verib.
“İndi o, Vladivostokdadır, sabah isə Moskvada olacaq”, – mənbə bildirib.
Rusiyanın Pxenyandakı səfirliyindən bildirilib ki, bu səfər Rusiya və KXDR liderləri Vladimir Putin və Kim Çen Inın strateji dialoqu çərçivəsində həyata keçirilir.
Azpost.info