“Şimali Qafqazda iğtişaşlar və terror aktları ilə bağlı çağırışların yayılmasının arxasında anqlosakslar və onların əlaltıları dayanır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
“Bu gün Şimali Qafqazda ekstremist təzahürləri qızışdırmaq üçün kütləvi iğtişaşlara, qanunsuz aksiyalara, terror aktlarına çağırışlar yayılır. Bu dağıdıcı fəaliyyət anqlosaksların və onların əlaltılarının koordinasiyası və dəstəyi ilə həyata keçirilir”, – Təhlükəsizlik Şurasının katibi bildirib.
Patruşev qeyd edib ki, vaxtilə Şimali Qafqazda analoji vəziyyət yaranmışdı. O zaman Qərb beynəlxalq terror təşkilatlarından istifadə etməklə ölkə ərazisində münaqişə törətmişdi: “Həmin dövrdə Rusiya Qafqaz sakinlərinin fəal iştirakı ilə Rusiyanın ərazi bütövlüyünü təhdid edən cinayətkar fəaliyyətlərin qarşısını almağa və regionda dinc həyatı təmin etməyə nail olmuşdu”.
Azpost.info