“SİNEMA”: “Kiçik adamların” istehzalı etirazını göstərən “Tormoz Hüseyn” –“Avropalı gəlin” Azərbaycanda nə üçün populyar olub? (FİLM)

Azpost.info bu gün “Sinema” layihəsində İran kinematoqrafçılarının 60-cı illərdə çəkdiyi “Avropalı gəlin” filmini təqdim edəcək.

60-cı illərdə ekranlara çıxan bu film İran cəmiyyətini silkələyən bir film olur. Komediya janrında çəkilən film “kiçik adamların” gündəlik həyatına ayna tutur, o dövrün sosial problemlərini qaldırır.

Altımışıncı illər İranın ictimai-siyasi həyatında çaxnaşmalar və rezonans doğuran hadisələrə zəngin illər idi. İran şahı Məhəmmədrza Pəhləvinin həyata keçirməyə çalışdığı “Ağ inqilab” aqrar ölkəni səneyə dövlətinə çevirməyi hədəfləmişdi. Hay-küylü kampaniya ilə aparılan bu siyasət ölkədə ciddi qüvvə sayılan din xadimlərinin böyük müqaviməti ilə rastlaşmışdı. Onlar şahı qədim İranı əcnəbilərə qurban verməkdə ittiham edirdilər. Böyük aqrar ölkədə korrupsiya, varlı oliqarxiyanın daha da varlanması, kasıbların artması ölkənin bütün sahələrində öz izini qoyurdu.

Bu islahatalar son nəticədə küçə qarşıdurmalarına səbəb oldu və 100-lərə insan öldürüldü. Dini müxalifətin parlaq rəhbərinə çevrilimş  Xomeyni ölkədən qovuldu.

Belə bir sosial problemər girdabında olan İranda kasıbların yaşamı, varlıların milli hissə yox, xarici ölkələrin bər-bəzəyinə saxta vurğunluğu “Avropalı gəlin”də aydın görünür.

Bir tikə çörək üçün bütün günü Tehranın küçələrində taksi sürən şofer Hüseyn nişanlı olsa da evlənə bilmir. Çünki evi darısqaldır, pul qazana bilmir. Bu fonda ölkəyə Almaniyadan gələn əcnəbi qızın Tehranda azaraq Hüseynə tuş gəlməsi filmdə hadisələr üçün açar roluna çevrilir. Burada komik epizodlarda İran cəmiyyətinin sosial problemlərini, varlı həyat tərzinə ironiyanı, insanların öz ölkəsinə olan məhəbbətini görürürk.

Filmin orjinal adı “Ərus-e Ferəngi”( “Əcnəbi Gəlin”)dir. 1965-ci ildə çəkilmiş bu filmdə baş rolu –“Tormoz Hüseyn” rolunu məşhur İran aktyoru Nusrətullah Vəhdət oynayıb. Filmin ssenari müəllifi də özüdür. Film yazıçı Əhməd Nəcibzadənin eyni adlı əsəri üzrə çəkilib. Bəstəkarı isə Firudin Bədiandır.

Filmdə həmçinin Mənsur Sepehrniya, Pərviz Xansari, Həsən Əmini, Fəridə Nəsiri, Fərzanə Kazimi və Həmidə Xeyrabadi çəkiliblər.

Baş rolu oynayan Nüsrətullah Vəhdət İsfahanda anadan olub. O, İranın görkəmli teatr və kino nümayəndəsidir. İsfahan teatrının əsasını qoyanlardan olan Vəhdət altı yaşından peşəkar teatr səhnəsində çalışıb. Şirin danışğı və gözəl mizanları onu komediya aktyoru kimi tanıdıb. Teatrda çalışan Vəhdət bir müddət sonra  kinoya keçib. Rejissorluqdan əlavə o bir sıra filmlərin ssenari müəllifidir.

Vəhdət cəmi 4 filmdə çəkilib. “Avropalı gəlin” onun ən yaxşı filmi hesab olunur. Bu, Asiya beynəlxalq kino festivalında “Qızıl delfin” almış ilk İran filmdir.

İranda islam İnqilabından sonra N. Vəhdət kino və teatr işindən uzaqlışb. “Mən bütün bu illər ərzində evə olmuşam. Öz memuralarımı yazımışam”– deyə 2009-cu ildə verdiyi müsahibəsində aktyor deyib.

90-yaşı ötmüş Nüsrətullah Vəhdət hazırda İsfahanda yaşayır.

“Avropalı gəlin” filmi Azərbaycan SSR-də həddən artıq populyar olub. Filmin mahnısı Azərbaycan toylarında xüsusi ifa ilə rəqs edilirdi.

Film 1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasında dublyaj edilib. Əsas rolları mərhum aktyorumuz Şahmar Ələkbərov və Ofeliya Sənani səsləndirib.

Son 30 ildə film kinoteatrlarda nümayiş edilməyib. Filmin pirat yazılmış nüsxələri satışda olsa çox pis keyfiyyəti üzündən baxmaq mümkün olmayıb. Lakin bir neçə il əvvəl kinostudiyanın dublyaj redaksiyasında işləmiş Yaşar Kərimov şəxsi arxivdə saxlanılmış səs fonoqramları əsasında filmi bərpa edib.

Film bu gün də öz aktuallığını saxlayır.

“Avropalı Gəlin”i təqdim edirik:

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin İntizam Komissiyasının sədri girov mandatdan danışdı:

Sonrakı məqalə

Sabir Rüstəmxanlıdan BP-yə ittiham: