Şirkətlər gələcəkdə işə qəbulda yeni üsullara keçəcək

2025-ci ildə şirkətlərin 70 faizi işə qəbulda süni intellektdən istifadə edəcək.

Valyuta.az xəbər verir ki, artıq şirkətlərin 82 faizi CV-ləri çeşidləmək, 40 faizi namizədlərlə ünsiyyət qurmaq, 64 faizi isə tapşırıqları qiymətləndirmək üçün bu texnologiyalardan yararlanır.

Eyni zamanda, şirkətlərin 24 faizi müsahibə prosesini tam olaraq süni intellektlə həyata keçirdiyini, bu rəqəmin yaxın iki ildə 29 faizə çatacağını gözləyirlər. Süni intellekt müsahibə zamanı suallar verir, bədən dilini analiz edir və nəticələri transkriptsiya edir.

CV-lərin avtomatik çeşidlənməsi geniş yayılsa da, bu prosesin qərəz yaratma riski var. Sorğuda iştirak edənlərin 67 faizi süni intellektin işə qəbulda qərəzə səbəb ola biləcəyini etiraf edib.

Mütəxəssislər yüksək vəzifələrə seçim zamanı süni intellektin məhdud şəkildə tətbiqini, xüsusən liderlik keyfiyyətləri və təşkilata uyğunluğun qiymətləndirilməsində insan faktorunun ön planda olmasını tövsiyə edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.