Şirvanda 27 yaşlı gənc özünü öldürmək istəyib

16 İyul 2021 - 21:19

Şirvan şəhər sakini intihara cəhd edib.

“Report” xəbər verir ki, Şirvan şəhər L.İbrahimov küçəsi 20/6 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Rəhimov Nicat Mirağa oğlu canına qəsd etmək məqsədilə psixotrop dərmanları udub.

O, zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerəşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.