Şirvanda 34 yaşlı kişi bu gecə arvadını boğaraq öldürüb

27 Fevral 2020 - 09:54

Şirvan rayonunda qətl hadisəsi baş verib.

Hadisə fevralın 26-da, saat 23:50 radələrində şəhərin Cənub Sənaye qovşağının inzibati binasında qeydə alınıb.

Belə ki, Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Sahib Nağıyev Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Pərvanə Nağıyevanı əvvəl boğub, sonra mətbəxt bıçağı ilə boğazını kəsərək qətlə yetirib.

Daha sonra S.Nağıyev hadisə barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. (Report)