Siyasi partiya rəhbərləri Zəngilana yola düşüb

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, həmçinin media nümayəndələrinin bu gün Zəngilan rayonuna səfəri təşkil olunub.

Zəngilana təşkil olunan səfər çərçivəsində iştirakçılar işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti, habelə “Böyük qayıdış”ın rəmzisi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə tanış olacaq, habelə Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət edəcəklər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.