Sizi borca düşməkdən qoruyan 6 maliyyə məsləhəti

Deyv Remsi onilliklərdir ki, maliyyə sahəsindəki dürüst və bəzən də sərt məsləhətlərini bölüşür. O, minlərlə insana borcdan xilas olmaqda və şəxsi maliyyələri üzərində daha yaxşı nəzarət yaratmaqda kömək edib.

Remsinin ən sadiq pərəstişkarları onun əsas maliyyə prinsiplərini əzbər bilsələr də, bu qaydaları vaxtaşırı xatırlamaqda fayda var.

​Valyuta.az Remsinin illər ərzində paylaşdığı, həqiqətləri ortaya qoyan 7 əsas maliyyə məsləhəti təqdim edir:

​1. Əlavə işlərlə məşğul olun

​Remsi insanları əlavə gəlir əldə etmək üçün kənar işlərdə çalışmağa təşviq edir. Bu əlavə fəaliyyətlər sizi uzunmüddətli maliyyə hədəflərinizə daha tez çatdıra bilər. Son illərdə bu məsləhət olduqca populyarlaşsa da, onu təkrarlamaq faydalıdır.

​2. İnvestisiya etməzdən əvvəl borclarınızı bağlayın

​Remsi borclanmanın qəti əleyhinədir və “yaxşı borc” anlayışına inanmır. Hətta maliyyə rıçaqlarından və borcdan çəkinməyən şəxslər belə bu məsələdə onunla razılaşmalıdır.

​İnvestisiya etməzdən əvvəl kredit kartı borclarını ödəmək həm mənəvi rahatlıq verir, həm də iqtisadi baxımdan daha sərfəlidir.

İnvestorların mütləq əksəriyyəti öz yatırımlarından bu dərəcədə gəlirlilik əldə edə bilmir. Odur ki, əvvəlcə yüksək faizli borcu bağlamaq, daha sonra investisiya etmək daha məntiqlidir.

​3. Sırf “status” xatirinə borca girməyi dayandırın

​Bəzi insanlar cəmiyyətdə nüfuzlu görünmək üçün kredit kartı borcuna batır, lüks avtomobilləri lizinqə götürür, bahalı çantalar və digər dəbdəbəli əşyalar alırlar. Lakin bu cür addımlar uzunmüddətli maliyyə hədəflərini təhlükəyə atır.

​Remsi bu davranışı qınayaraq bildirir ki, sırf “cool” (prestijli) görünmək üçün borca girmək olmaz. O, realda maliyyə cəhətdən kasıb olub, zahirən zəngin görünməyə çalışan insanları tənqid edir.

​4. Dostlara və ya ailə üzvlərinə borc verməyin

​Ailə üzvləri və dostlar sizi tanıdıqları üçün borcu geri qaytarmağa o qədər də tələsməyə bilərlər. Bu, bankla olan münasibətdən tamamilə fərqlidir, çünki yaxınlarınızla bank kimi sərt şərtlərlə danışa bilməzsiniz. Üstəlik, borcun niyə qaytarılmadığı barədə bəhanələr şəxsi münasibətləri də kəskinləşdirib korlaya bilər.​

Bəzən bu cür borc münasibətləri problemsiz bitsə də, heç risk etməmək daha yaxşıdır. Bir dəfə borc vermək onları yenidən sizə müraciət etməyə və əlavə vəsait üçün təzyiq göstərməyə sövq edə bilər.

​5. Ali təhsil diplomu hər zaman özünü doğrultmur

​Remsi bir neçə dəfə ali təhsil dərəcələrini tənqid edərək, əksər insanlar üçün bunun çəkilən xərcə dəymədiyini vurğulayıb. Qarşılığında uğurlu karyera zəmanəti olmadan yüz minlərlə dollar borca girməyə bəraət qazandırmaq çətindir. Üstəlik, bir çox şirkətlər artıq işə qəbul zamanı diplom tələbini ləğv ediblər. O, yalnız konkret ixtisas seçənlərə və ya təhsili sərfəli yolla əldə edə bilənlərə universitet tövsiyə edir.

​6. Övladlarınızı yaxşı “uşaq” kimi yox, yaxşı “böyük” kimi yetişdirin

​Remsi valideynlik məsələlərinə də toxunaraq, uşaqları yaxşı uşaq kimi deyil, gələcəyin uğurlu yetkin fərdi kimi böyütməyi təklif edir. Bu, onlara pulun idarə edilməsi və məsuliyyət hissi kimi vacib bacarıqları öyrətmək deməkdir.

​Bu məsləhət valideynlik tövsiyəsi olmaqla yanaşı, həm də maliyyə qaydasıdır. Məsuliyyətli böyüyən övladlar gələcəkdə sizin şəxsi büdcəniz üçün yükə çevrilmirlər. Yetkin kimi davranmağı öyrənməyən uşaqlar yaşları artsa da məhsuldar olmurlar ki, bu da birbaşa valideynin cibinə ziyan vurur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.