“”Slaviya” ilə düşəcəyimizə ümid edirdim” –"Qarabağ"ın prezidenti

“Qarabağ”ın prezidenti Tahir Gözel Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna rəqib olmaları barədə danışıb.

O, bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

“Son ana qədər “Slaviya” (Çexiya) ilə düşəcəyimizə ümid edirdim. Ancaq “Bayer 04” ilə üz-üzə gələcəyik. Rekordlar qıran yenilməz komandadır. Bu mövsüm ən üst səviyyədə çıxış edirlər. Çətin oyun olacaq. Amma biz onları tanıyırıq və təcrübəmiz var. “Qarabağ”ın möhtəşəm qələbəsi bizi ruhlandırıb”, – klub prezidenti qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.