Slovakiyada uçan avtomobillə şəhərlərarası uçuş həyata keçirildi –

-İlk dəfə (VİDEO)
01 İyul 2021 - 08:51

Slovakiyada “KleinVision” şirkətinin istehsal etdiyi uçan avtomobil sınaqdan keçirilib.

İHA xəbər verir ki, professor Stefan Klein tərəfindən dizayn edilən “AirCar” ilk şəhərlərarası uçuşunu uğurla başa vurub.

“AirCar” Nitra şəhərində beynəlxalq hava limanından paytaxt Bratislavada beynəlxalq hava limanına 35 dəqiqəlik uçuş həyata keçirib.