Smartfona zərərli proqramın “yerləşdirildiyini” necə bilmək olar?
Azpost.info xəbər verir ki, mütəxəssislərə görə, cihazda casus proqramların olduğunu daha çox enerji sərfiyyatı göstər bilər. Nəticədə telefonun enerjisi daha tez bitir və cihaz hətta işlək olmadıqda belə, qızır. Bundan başqa, smartfon tez-tez donmağa başlayır.
“Düşmən” özünü belə ələ verir – batareya adi halda olduğunundan dəfələrlə tez tükənir, cihaz hətta istirahət vəziyyətində də qızır və daim “tormozlayır”. Ekranda üçüncü tərəfin bildirişləri, reklamları və proqramları görünür. Artan rabitə xərcləri, istehlak edilən İnternet trafikinin həcmi, məlumat ötürülməsi və WI-FI avtomatik işə salınması da belə əlamətlərdəndir”, – ekspertlər deyir.
Cihazı zərərli proqramlardan xilas etmək üçün ona antivirus yazdırmaq məsləhət görülür. Bununla belə, smartfonun zəmanətli bərpasına nail olmaq üçün onu əsas parametrlərə qaytarmaq lazımdır. Bunun üçün mütəxəssisdən də kömək istəmək olar.
Azpost.info