SMS-icazə sistemi bu gündən ləğv olundu

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi 18 may 2020-ci il saat 00:00-dan etibarən ləğv edilib.

Bu barədə Nazirlər kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyəti, aktiv xəstə sayı və yoluxma sürətini əsas götürülməklə, bu qərarı verib.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yaşayış yerini SMS icazə ilə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi mayın 4-dən ləğv olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir