Amazon serverlərində yaranmış problemlə bağlı Snapchat, Duolingo, Zoom, Perplexity və bir çox digər vebsayt və proqramlar işləmir.
AzPost bildirir ki, Downdetector istifadəçiləri Amazon serverlərində yerləşdirilən vebsaytlara daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər.
Xüsusilə, problemlər Snapchat, Duolingo, IMDb, Roblox, Fortnite, Clash Royale, Signal, Zoom və onlarla digər vebsayt, proqram və oyuna təsir edir.
Problem bir saatdan artıqdır ki, davam edir.