Sobsan” boya fabrikindəki yanğın söndürülüb

Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın söndürülüb.

Ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən soyutma işləri aparılır.

FHN  nazirinin müavini Etibar Mirzəyev qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: “Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar”.

Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yevlaxda baba ehtiyatsızlıqdan dəryazla nəvəsinin ayağını kəsib

Sonrakı məqalə

Ermənistan işğalçı qüvvələri gecə iriçaplı silahlarla mövqelərimizi atəşə tutub –