Sobsan zavodunda yanğında FHN-in dörd əməkdaşı xəsarət alıb –

RƏSMİ
04 İyul 2020 - 23:54

Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım (TTY) stansiyasına çağırış 20:18-də daxil olub.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə 3 TTY briqadası cəlb olunub.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin xəsarət alan 4 əməkdaşı TTY briqadasına müraciət edib. Onlardan bir nəfəri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3-ü isə Toksikologiya Mərkəzinə aparılıb.