SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirib

Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

SOCAR-dan bildirilib ki, şirkətin istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.

Qeyd edək ki, mart ayının 30-u gündüz saatlarından aprel ayının 1-i günün 2-ci yarısına qədər Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s,arabir 25-28 m\s,acıq dənizdə arabir 30-35 m/s qədər güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metr, sonra isə 5,5-7,5 metrə çatacağı gözlənilir.

Əvvəlki məqalə

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-

Sonrakı məqalə

MEDİA tələbələr üçün infosessiya keçirib