SOCAR-dan Neft Emalı Zavodundakı yanğınla bağlı açıqlama

Bu gün Bakı Neft Emalı Zavodunda baş verən yanğın nəticəsində xəsarət alan olmayıb.

Bu barədə “SOCAR Downstream Management” MMC -nin məlumatında deyilir.

“Hadisə nəticəsində xəsarət alan yoxdur. Əlavə məlumat təqdim olunacaq”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Bakı Neft Emalı Zavodunun koks qurğusunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alov söndürülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.