Ötən il SOCAR-ın gəlirinin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib.
Şirkətdən bildirilib ki, həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində SOCAR 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub. Şirkətin ümumi dövriyyəsi 56,3 faiz artaraq 77,5 milyard manata çatıb.
Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.