SOCAR-ın dövriyyəsi 75 milyard manata çatıb

Ötən il SOCAR-ın gəlirinin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib.

Şirkətdən bildirilib ki, həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində SOCAR 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub. Şirkətin ümumi dövriyyəsi 56,3 faiz artaraq 77,5 milyard manata çatıb.

Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.