SOCAR-ın İctimaiyyətlə əlaqələr üzrə rəhbəri İbrahim Əhmədov vitse-prezidentin müavini təyin olunub.
Azpost.info bildirir ki, bu barədə İ. Əhmədov bildirib.
İ.Əhmədovun yeni vəzifəsi SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlı olacaq. “Eyni zamanda, mətbuat katibi funksiyasını da icra edəcəyəm. Buna görə dəyərli jurnalistlərimiz Şirkətin adından verdiyim açıqlama və müsahibələrimdə mənim vəzifəmi sadəcə “mətbuat katibi” kimi qeyd edə bilərlər. Əvvəl olduğu kimi, bundan sonra da bütün mətbuat sorğuları üçün açığam və hamısını operativ şəkildə cavablandırmağa çalışacağam”-deyə o bildirib.