SOCAR-ın mətbuat katibi vitse-prezidentin müavini təyin olunub

SOCAR-ın İctimaiyyətlə əlaqələr üzrə rəhbəri İbrahim Əhmədov  vitse-prezidentin müavini təyin olunub.

Azpost.info bildirir ki, bu barədə İ. Əhmədov bildirib.

İ.Əhmədovun yeni vəzifəsi SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlı olacaq.  “Eyni zamanda, mətbuat katibi funksiyasını da icra edəcəyəm. Buna görə dəyərli jurnalistlərimiz Şirkətin adından verdiyim açıqlama və müsahibələrimdə mənim vəzifəmi sadəcə “mətbuat katibi” kimi qeyd edə bilərlər. Əvvəl olduğu kimi, bundan sonra da bütün mətbuat sorğuları üçün açığam və hamısını operativ şəkildə cavablandırmağa çalışacağam”-deyə o bildirib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir