SOCAR-ın prezidenti Türkiyənin energetika nazirinin müavini ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf avqustun 1-də Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan bildiriblər ki, görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində mövcud əməkdaşlığın müsbət nəticələrindən məmnunluq ifadə edilib. Azərbaycan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan qlobal layihələrin ölkələrimizin strateji maraqlarının təmin olunmasına xidmət etdiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.