SOCAR-ın yanacaqdoldurma məntəqələrində QR-kodla ödəniş xidməti tətbiq olunacaq

Gələn həftədən etibarən Bakıda fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqələrində “E-Pul” tətbiqi vasitəsilə QR-kodla ödəniş xidməti (“QRPay”) tətbiq olunacaq.

Bunu “APA-Economics”ə “PAYSİS” şirkətinin baş direktoru Samir Nəsibov deyib.

Onun sözlərinə görə, bu xidmət artıq “Lukoil” yanacaqdoldurma məntəqələrində tətbiq olunub, xidmətin əhatə dairəsini genişləndirmək məqsədilə “Azpetrol”la danışıqlar aparılır: “Xidmət yeni olduğundan hazırda “Lukoil” şəbəkəsi üzrə QR ödənişlərin ümumi dövriyyədəki payı 0,3% təşkil edir. İstifadəçi təcrübəsinin olmadığını nəzərə alsaq, demək olar ki, bu, müsbət haldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazir müavini: Karbohidrogenlər dövrünün tarixə qovuşmasına dair açıqlamalar sadəcə şüarlardır

Sonrakı məqalə

Dekabrın 18-də Hövsanda güzəştli mənzillərin satışına başlanacaq