SOCAR internetdə yaradılmış saxta səhifə ilə bağlı vətəndaşlara müraciət edib

İnternetdə socar.space ünvanında açılmış saytın desktop versiyasında Gazprom şirkəti, mobil versiyasında isə SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib. Səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur.

Dövlət Neft Şirkətinin saytı xəbər verir ki, SOCAR tam qətiyyətlə socar.space saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc imkanları təklif etmədiyini bildirir. Bu səhifə SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən açılıb. Müvafiq araşdırma aparıldıqdan sonra sözügedən səhifəni açmış şəxslərə qarşı SOCAR tərəfindən müvafiq hüquqi tədbirlər görüləcək.

Eyni zamanda, SOCAR Azərbaycan vətəndaşlarına səsləyərək, fırıldaqçı socar.space saytına aldanmamağa və həmin saytda öz şəxsi məlumatlarını paylaşmamağa çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sanksiyalar ləğv edilsə, İran öhdəliklərini yerinə yetirəcək” –

Sonrakı məqalə

Məhəmməd Əlini məğlub etmiş boksçu Leon Spinks vəfat edib –