SOCAR Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, iclasda Şirkətdə idarəetmə standartlarının təkmilləşdirilməsi müzakirə edilib, səmərəliliyin yüksəldilməsi, Şuranın Koordinasiya Ofisinin fəaliyyətinin qiymətləndirilməsi və bərpa olunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr aparılıb.