Soçidə Lukaşenko və Putinin görüşü 6 saat çəkib

23 Fevral 2021 - 09:10

Soçidə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüş yekunlaşıb.

Bu barədə “Belarus-1” telekanalı xəbər yayıb.

Qeyd edilir ki, danışıqlar 6 saatdan çox davam edib.

Daha əvvəl bildirilib ki, dövlət başçıları ikitərəfli münasibətləri müzakirə ediblər. Belarus və Rusiya prezidentləri koronavirusla birgə mübarizə üçün Avropa ölkələri ilə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Lukaşenko həmçinin Belarusda COVID-19-la mübarizə üçün Rusiya vaksininin rolunu qeyd edib. O, eyni zamanda bildirib ki, martda respublikada Rusiya texnologiyaları üzrə vaksinlərin istehsalına başlanacaq. Lukaşenkonun sözlərinə görə, Belarus öz vaksinini yaradacaq.

Görüşün müddəti üzrə reqlament olmayıb. Liderlər eyni zamanda birlikdə nahar ediblər və xizəkdə gəziblər.