Ramzan Kadırovla çəkilən foto Ukraynada qalmaqal yaratdı

Ukrayna Baş nazirinin müavini Oleq Uruski Çeçenistan lideri Ramzan Kadırovla birgə çəkilmiş fotosuna aydınlıq gətirib.

O, BƏƏ-də keçirilən “IDEX-2021” silah sərgisinin təşkilatçılarının protokoluna əsasən Kadırovla ümumi fotoda olduğunu söyləyib.

Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal ondan Kadırovla çəkdirdiyi fotoya görə izahat tələb etmişdi.

O.Uruski bildirib ki, rəsmi nümayəndə heyətləri rəhbərlərinin yerləşdirilməsini protokol təyin edir.

Baş nazirin müavini Kadırovla heç bir şəxsi əlaqəsinin olmadığını və bunu planlaşdırılmadığını vurğulayıb. Hökumət rəsmisi əlavə edib ki, Ukrayna nümayəndə heyəti təşkilatçıların diqqətini gələcəkdə bu cür halların qəbuledilməzliyinə yönəldib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Soçidə Lukaşenko və Putinin görüşü 6 saat çəkib

Sonrakı məqalə

İngiltərədə karantin 4 mərhələdə ləğv olunacaq