Qafqaz regionunun Rusiyaya aid hissəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Soçi sahillərində yerləşib.
Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, episentr şəhərdən 21 kilometr cənub-qərbdə yerləşib, ocağı isə 35 kilometr dərinlikdə olub.
Soçi şəhərinin meri Andrey Proşuninin “Telegram” kanalında yerləşdirilmiş məlumatına əsasən, episentr Qara dəniz akvatoriyasında sahildən təxminən 5 kilometr məsafədə yerləşib. Lazarev rayonunda təkanların gücü 4 bal, Mərkəzi rayonda isə 3 bal təşkil edib.
Hazırda seysmik fəallıq dayanıb. Fövqəladə hallar və dağıntılar qeydə alınmayıb.