Müntəzəm şokolad istehlakı beyin və ürək-damar sağlamlığını gücləndirir.
AzPost bildirir ki, bu barədə tibb elmləri üzrə doktor və dietoloq Yuliya Çexonina Lenta.ru-ya verdiyi müsahibədə bildirib.
Mütəxəssisin sözlərinə görə, kakao nəzərəçarpacaq dərəcədə antioksidant təsirə malik flavonoidlər ehtiva edir. Bu maddələr qan dövranını stimullaşdırmaqla yaddaşı, diqqəti və reaksiya müddətini yaxşılaşdırır.
Çexonina aydınlaşdırıb ki, mikrosirkulyasiyanın aktivləşdirilməsi beynin oksigenlə zənginləşməsinə kömək edir və bu da onun funksiyasına müsbət təsir göstərir. Qan dövranının normallaşdırılması ürək-damar sisteminə də faydalı təsir göstərir.