Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Sökülən evlərə görə nə qədər kompensasiya verilməlidir?

User 13 Sentyabr 2025 - 20:00 (Last updated: 13 Sentyabr 2025 - 18:23)
Söküntü

Söküntü

Paytaxtın bir çox rayonlarında – Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahıda köhnə yaşayış binalarının söküntüsü nəzərdə tutulur.

Bu proses həm əhaliyə veriləcək kompensasiyanın həcmi, həm də ümumi mənzil bazarının qiymət dinamikası baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs, əhaliyə ödəniləcək kompensasiya necə hesablanmalıdır?

Əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib ki, söküntülər zamanı ilk diqqət edilən əhaliyə veriləcək kompensasiyanın miqdarıdır. Bu sahədə əksər tikinti şirkətləri ərazi üzrə real bazar qiymətini deyil, özlərinin öncədən müəyyənləşdiridiyi qiymətləri diqtə etməyə çalışırlar:

“Sözsüz ki, bu da haqlı narazılıq yaradır. Belə ki, misal üçün “Kubinka”da, Təbriz küçəsində, “Sovetski”də 40 kv-lıq evi olan vətəndaşa kvdaratı 2000 manatdan kompensasiya təklif edilir. Pis-yaxşı bu adam şəhərin mərkəzində yaşayır. Amma bu ərazidə tikilən binada mənzilin kvadratmetr qiyməti 2500-3800 arasında dəyişir. Yəni vətəndaşın ona hesablanmış kompensasiya ilə həmin ərazidə ev alması qeyri-mümkündür.

Həmin verilən kompensasiya onu ödəmir, həm də kvadrat uyğun gəlmir. Yeni binalarda mənzillər 70-80 kvadratdan başlayır. Bu ölçüdə mənzil üçün isə minimal 170-180 min manat lazımdır. Qısası, normal mənzil almaq üçün kompensasiya real bazar dəyərlərinə uyğun hesablanmalıdır. Hazırda Bakı üzrə orta kv.m qiymətləri təxminən belədir:

Mərkəzi rayonlar (Səbail, Nəsimi, Yasamal, Nərimanov, Xətai) – 2500–3800 AZN/kv.m

Orta mərkəz zonası (Binəqədi, Nizami) – 1800–2300 AZN/kv.m

Kənar və yarımkənar rayonlar (Sabunçu, Suraxanı, Pirallahı) – 1100–1500 AZN/kv.m

Məsələn, 60 kv.m-lik bir mənzilin dəyəri mərkəzdə 150–250 min AZN, orta zonada 110–140 min AZN, kənarda isə 65–90 min AZN arasında dəyişir. Üstəlik, köçmə, sənədləşmə və ilkin təmir üçün ən azı 20–30% əlavə xərc nəzərə alınmalıdır. Bu səbəbdən, vətəndaşın real şəkildə “normal ev” əldə etməsi üçün kompensasiya mənzilin faktiki bazar qiyməti + əlavə köçmə və təmir xərcləri qədər müəyyənləşdirilməlidir”. (BAKU.WS)

AzPost.az

Post navigation

Previous: Ölkədə işsizlərin sayı hansı rayonlarda çoxdur? –
Next: Bu il Türkiyədən Azərbaycana nə qədər pal-paltar idxal olunub?

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı...
Read more about Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE
KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.