Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Soliton” zəmanətli məhsulun təmirinə əlavə pul tələb edib

Orkhan Ali 14 Yanvar 2026 - 15:24 (Last updated: 14 Yanvar 2026 - 15:24)
20221208042659579_1

Zəmanət müddəti davam edən məişət texnikasında yaranan nasazlıqla bağlı müştəri ilə satıcı arasında yaranan mübahisə ictimai narazılığa səbəb olub.

AzPost xəbər verir ki, Xəlilova Aybəniz Həmid qızı 14 oktyabr 2025-ci il tarixində “Soliton” mağazalar şəbəkəsinin Beyləqan filialından paltaryuyan maşın alıb.

Onun sözlərinə görə, məhsuldan istifadə zamanı yanvar ayının 2-də ciddi qüsur aşkarlanıb. Belə ki, paltaryuyan maşının qapaq hissəsindən su sızmağa başlayıb. Müştəri problemin aradan qaldırılması üçün əvvəlcə yerli mağazaya, daha sonra isə “Soliton”un 180 qaynar xəttinə müraciət edib.

Lakin iddia edilir ki, edilən müraciətlərə uzun müddət baxılmayıb. Yalnız bu gün mağaza tərəfindən müştəriyə zəng edilib. Zəng zamanı nasazlığın istifadəçi tərəfindən yaradıldığı bildirilib və problemin rezin hissə ilə bağlı olduğu qeyd olunub.

Mağaza nümayəndələrinin sözlərinə görə, sözügedən detalın dəyişdirilməsi üçün müştəridən 100 manat ödəniş tələb olunub. Aybəniz Xəlilova isə bu yanaşma ilə razılaşmadığını bildirir. O qeyd edir ki, məhsul 24 aylıq rəsmi zəmanətlə satılıb və zəmanət şərtlərində bu cür halın istisna edildiyi barədə heç bir qeyd yoxdur.

Müştəri hesab edir ki, qüsur istehsal və ya texniki səbəblərlə bağlıdır və zəmanət çərçivəsində ödənişsiz aradan qaldırılmalıdır. O, aidiyyəti qurumlardan və məsul şəxslərdən kömək göstərilməsini xahiş edir.
Məsələ ilə bağlı “Soliton” mağazalar şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Post navigation

Previous: Qışda mütləq hazırlanmalıdır
Next: Həkim metroda musiqi dinləməyin gizli riskləri barədə xəbərdarlıq etdi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

tramp kursude
  • Dünya

Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama – “Çox yaxınıq”

User 17 Noyabr 2026 - 19:51
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması istiqamətində səylərin irəliləyişə yaxınlaşdığını düşünür. “Fox News”un...
Read more about Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama – “Çox yaxınıq”
Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Qışda səhərlər bu 7 vərdişdən uzaq durun – sağlamlığınıza zərər verə bilər yuxu
  • Maraqlı

Qışda səhərlər bu 7 vərdişdən uzaq durun – sağlamlığınıza zərər verə bilər

User 17 Noyabr 2026 - 18:40
Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib ƏSAS FOTO 800x500 (15)
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.