Şolts, Makron, Dragi Kiyevə səfər edəcək –Bu tarixdə

Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi iyunun 16-da Kiyevə səfər edəcəklər.

Azpost.info xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” qəzeti yazıb. Hələlik heç bir ölkə bunu rəsmən təsdiqləməyib. Alman mətbuatı isə siyasətçilərin səfərinin iyunun sonunda baş tutacağını yazıb. Rusiyanın Ukraynada fevralın 24-dən həyata keçirdiyi hərbi əməliyyat fonunda xarici liderlər dəfələrlə Kiyevə səfər ediblər.

Apreldə Latviya, Litva, Polşa və Estoniya prezidentləri Kiyevə gəlib. Həmin ay Britaniyanın baş naziri Boris Conson Ukraynanın paytaxtına səfər edib. Ötən həftə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ikinci dəfə Kiyevdə olub.

Azpost.info

Əvvəlki məqalə

3500 şəhid ailəsi və müharibə əlilinə ev verilib

Sonrakı məqalə

Rusiya Dumasının sədri Qərb təhsil sistemindən imtinaya çağırdı