Şolts Maya Sandunu seçkidəki qələbəsinə görə təbrik etdi- AÇIQLAMA

Almaniya kansleri Olaf Şolts Moldovanın hazırkı prezidenti Maya Sandunu prezident seçkilərinin ikinci turunda qələbəsi münasibətilə təbrik edib.

Azpost.info xəbər verir ki, Şolts Almaniyanın Moldovanın yanında olduğunu deyib.

“Maya Sandu Moldovanı çətin anlarda təhlükəsiz şəkildə idarə etdi və ölkəni Avropa yoluna saldı. Biz Moldovanın yanındayıq. Yenidən prezident seçilməyiniz münasibətilə sizi təbrik edirik”, – Şolts bildirib.

MSK-nın məlumatına görə, protokolların 99,73 faizi hesablandıqdan sonra Sandu 55,36 faiz səslə prezident seçkilərinin ikinci turunda liderdir, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 44,64 faiz səs toplayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.