“Şoltsun saç və makiyajı üçün büdcədən 23 min avro xərclənib”- "Bild"

Almaniyada kansler Olaf Şolts, eləcə də digər dövlət məmurları üçün bərbər xidmətləri və vizajistlərin xərclərini hesablayıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Bild” yazıb.

Belə ki, kanslerin görünüşünə büdcədən 23 min avrodan çox xərclənib.

Öz növbəsində Almaniyanın xarici işlər naziri Annlena Berbokun imici dövlətə 98,7 min avroya başa gəlib.

Müdafiə naziri Boris Pistoriusun saç və makiyajı 3869 avro aparıb.

Nəşrin hesablamalarına görə, 2023-cü ildə alman siyasətçilərinin xarici görünüşünə ümumilikdə 186 min avro xərclənib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.