Son beş ildə İrəvandan Bakıya həyata keçirilən reyslərin sayı açıqlanıb

Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavabında bildirib.

Belə ki, 2024-cü il dekabrın 11-də məlum olub ki, İrəvandan Bakıya beynəlxalq şirkət tərəfindən sifariş edilmiş çarter reysi həyata keçirilib.

Qurumdan bəyan edilib ki, bu reys ilk deyil.

“Son beş ildə, 2020-ci ildən başlayaraq, İrəvandan Bakıya və əks istiqamətdə beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün 66 dövlət reysi həyata keçirilib”, – deyə qurumdan bildirilib.

O da qeyd olunub ki, İrəvan-Bakı-İrəvan marşrutu üzrə təyyarələr iki trayektoriya üzrə uçurlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.