Son iki həftədə HƏMAS İsrail ərazisinə 7 minə yaxın raket atıb- SAXAL

Qəzzadan olan fələstinli radikallar münaqişənin gərginləşdiyi iki həftə ərzində İsrail ərazisinə 6900 mindən çox raket atıb.

Azpost.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrindən (SAXAL) bildirilib.

Məlumata görə, İsrail hərbçiləri bu müddət ərzində HƏMAS hərəkatının mindən çox tərəfdarını öldürüb.

“HƏMAS-la müharibə, iki həftənin nəticələri: Qəzzadan İsrailə 6900-dən çox raket atılıb, 1400-dən çox ölü, 4600-dən çox yaralı var, 200-dən çox girov götürülüb”, – məlumatda deyilir.

SAXAL iddia edir ki, HƏMAS döyüşçülərinin əksəriyyəti İsrail dövlətinin ərazisinə daxil olduqdan sonra məhv edilib. Onların arasında hərəkatın onlarla əsas tərəfdarı var.

Azpost.info

Əvvəlki məqalə

Masallıda 42 yaşlı sürücü sükan arxasında öldü

Sonrakı məqalə

“Rusiya 9 ölkədə seçkilərə müdaxilə edir”