Cəlilabad rayon sakini 1981-ci il təvəllüdlü Coşqun Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən ürək tutması nəticəsində dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.