Son sutka ərzində dünyada 12 mindən çox insan koronavirusun qurbanı olub –

ÜST
03 May 2021 - 10:30

Ötən sutka ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 151,8 milyonu ötüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, mayın 2-də dünyada daha 808 min 563 insanda COVID-19 aşkarlanıb, virusa yoluxmuş 12 min 870 nəfər həyatını itirib.

Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu cənub-şərqi Asiya regionunun payına düşür.

İndiyədək ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerləri Hindistan, Braziliya, Fransa, Türkiyə, Rusiya, Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya, Argentina və Kolumbiya bölüşür.