Son sutka ərzində dünyada 12 mindən çox insan koronavirusun qurbanı olub –ÜST

Ötən sutka ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 151,8 milyonu ötüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, mayın 2-də dünyada daha 808 min 563 insanda COVID-19 aşkarlanıb, virusa yoluxmuş 12 min 870 nəfər həyatını itirib.

Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu cənub-şərqi Asiya regionunun payına düşür.

İndiyədək ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerləri Hindistan, Braziliya, Fransa, Türkiyə, Rusiya, Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya, Argentina və Kolumbiya bölüşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lerikdə qadını öldürən molla qohumu olub –

Sonrakı məqalə

Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib-