Son sutka ərzində dünyada koronavirusa yoluxanların 300 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilib.
Belə ki, ötən sutka ərzində dünyada 300 min 530 nəfər infeksiyaya yoluxub, 7 min 776 nəfər isə həyatını itirib. Yoluxanların ümumi sayı 108 milyon 153 min 741, ölənlərin isə 2 milyon 381 min 295 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.