Son sutkada 1678 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib

30 Noyabr 2021 - 17:04

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 588 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7 856 nəfər vəfat edib, aktiv xəstə sayı 25713 nəfərdir.

Ölkədə son sutka ərzində 12 620, hazırkı dövrədək isə 5 539 284 test aparılıb.