Son sutkada dünyada 555 min adam COVİD-ə yoluxub –Ən çox ölən Rusiyadadır

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 555 mindən çox olub.

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytı xəbər verir ki, ötən sutka ərzində 555 min 366 nəfər yeni koronavirusa yoluxub, 8 min 60 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 259 milyon 614, ölənlər isə 5 milyon 183 min 12 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (86 min 16 nəfər) ABŞ-da, bu xəstəlikdən ölüm faktı isə (1243 nəfər) Rusiyada qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (48,8 milyon), Hindistan (34,5 milyon), Braziliya (22 milyon), Böyük Britaniya (9,9 milyon), Rusiya (9,4 milyon), Türkiyə (8,6 milyon) və Fransada (7,4 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yaponiyanın Baş naziri neft ehtiyatlarının satışa çıxarıldığını elan edib

Sonrakı məqalə

Gəncədə polis maşını mağazaya çırpılıb –