Son üç ildə sənaye zonalarında 8 milyardlıqdan artıq məhsul istehsal edilib

Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından 3 il ötür.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, bu müddət ərzində agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1336 daimi iş yeri yaradılıb: “Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7 faizi (yəni 3,02 milyard manat) ixracın payına düşür”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.