“Son zəng”in keçirilmə qaydası ilə bağlı müzakirələr aparılır –

NAZİRLİK
09 İyun 2021 - 11:00

“”Son zəng” tədbiri ilə bağlı çoxsaylı sorğularınıza ilkin cavab olaraq demək istəyirik ki, bu mərasimin keçirilməsi qaydası ilə bağlı nazirlik həmkar qurumlarla müzakirələr aparır”.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, yekun qərar bəlli olan kimi dərhal mediaya açıqlanacaq: “Bunu isə çox yaxında biləcəyik”.