“Son zəng” bu tarixdə keçiriləcək

Son zəng
Son zəng

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.

Bu barədə Azpost-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirlərinin iyunun 14-də keçirilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı var.

Qeyd edək ki, “Son zəng” tədbirləri hər il iyunun 14-də keçirilirdi. Lakin bu il həmin tarix şənbə gününə təsadüf etdiyinə görə, tədbirlərin iyunun 13-də keçiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.